Ankara İsveçin NATO üzvlüyünü təsdiqləyəcək: “İlin sonuna qədər...”

Ankara İsveçin NATO üzvlüyünü təsdiqləyəcək: “İlin sonuna qədər...”

“Rəsmi Ankara ilin sonuna qədər İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək”.

 

Bunu Türkiyə Böyük Millət Məclisindəki mənbə  Rusiya KİV-nə açıqlamasında deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyə İsveçin alyansa üzvlüyünü təsdiqləməyə tələsmir və bunun konkret səbəbləri var:

 

“Onlardan biri Stokholmun terrorçuları dəstəkləməsidir. İkincisi, Türkiyənin Avropa İttifaqına üzvlüyünə məqsədli şəkildə əngəl yaradılır. Bundan başqa, NATO-nun genişlənməsi Rusiyanın strateji maraqlarına ziddir. Ukraynada müharibənin başlanmasının səbəbi də məhz bu idi. Ankara NATO ilə nə qədər yaxındırsa, Moskva ilə də bir o qədər yaxındır. Türkiyə ilə Rusiya arasında çox yaxşı, qarşılıqlı maraqlara xidmət edən əlaqələr var. Bu, şəxsən liderlər səviyyəsindədir. Odur ki, Ankara NATO-ya görə Moskva ilə münasibətləri qurban vermək istəmir”.

 

Müsahibimiz qeyd edib ki, Türkiyənin İsveçə üzvlüyünü təsdiqləməsi Rusiya ilə münasibətlərə təsir edə bilər:

 

“Eyni zamanda NATO qarşısında elə şərtlər qoyula bilər ki, Moskva da alyansın genişlənməsinə razı olsun. Məsələn, bu, Ukrayna və Gürcüstanla bağlı Rusiyanın maraqlarına uyğun hansısa ssenarinin reallaşması ola bilər. Düşünürəm ki, Stokholmun NATO- ya üzvlüyü artıq siyasi alış-veriş məsələsinə çevrilib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.   Sfera.az xəbər verir ki, bu bar...

Polis 21,9 kq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. ...

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...