"Tesla"dan yeni QƏRAR: Avtomobili satmaq QADAĞANDIR

"Tesla"nın uzun müddətdir gözlənilən “Cybertruck” modeli noyabrın 30-da satışa çıxarılır.

 

Sfera.az xəbər verir ki, Tesla-nın ABŞ saytında Satış Qaydalarında dəyişiklik edilib. Xüsusilə “Cybertruck” modeli üçün əlavə edilən qaydaya görə, müştərilər “avtomobili 1 il ərzində satmayacağıq” sözü vermədən avtomobili ala bilməyəcəklər.

 

Sənəddə aşağıdakı ifadələr qeyd edilib:

 

“Bilirsiniz ki , “Cybertruck” əvvəlcə məhdud sayda istehsal olunacaq. Siz nəqliyyat vasitəsini aldığınız tarixdən etibarən 1 il ərzində avtomobili satmamağı öhdənizə götürmüş hesab olunursunuz.


Avtomobilinizi satmaq üçün ağlabatan səbəbiniz varsa, "Tesla"ya yazılı məlumat verməli və avtomobili hər mil üçün 0,25 ABŞ dolları endirimlə geri qaytarmalısınız. 

 

"Tesla" avtomobili geri almağa razı deyilsə, yazılı icazə aldıqdan sonra avtomobili başqasına sata bilərsiniz. Əgər siz bu şərtlərə əməl etmirsinizsə və ya Tesla bu şərtləri pozduğunuza inanırsa, o, avtomobilin satışına mane olmaq və qeyd olunan satış dəyərinə və ya 50.000 ABŞ dollarına qədər zərərin ödənilməsi üçün sizi məhkəməyə vermək hüququna malikdir. Bundan əlavə, "Tesla" gələcəkdə yeni avtomobilini almağınızı qadağan edə bilər.

 


Bu cür razılaşmalar istehsal/tələb nisbəti aşağı olan avtomobillərdə alışılmış vəziyyətdir. Çünki eyni hal Ford-un “GT” modeli və “F150 Lightning” modeli üçün də keçərli olub.

 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR