İlk dəfə bu kənddə uşaq dünyaya gəldi - 30 ildən sonra baş verdi

İlk dəfə bu kənddə uşaq dünyaya gəldi - 30 ildən sonra baş verdi

İtaliyanın şimalındakı Emilia-Romagna bölgəsində 30 nəfərdən də az insanın yaşadığı Tizzola dağ kəndi var. 30 ildən sonra ilk dəfə bu kənddə uşaq dünyaya gəlib.
 

Sfera.az bildirir ki, körpənin doğulmasından sonra kəndin əhalisi 26 nəfərə çatıb. Ailə uşağa “Guns N'Roses” qrupunun yaradıcısının şərəfinə Aksel adını verib.


Oğlan yeddi il əvvəl ailə həyatı qurmuş Simone Albertini və Tomas Richeldini cütlüyünün ailəsində anadan olub. Qadın sənətkarlar federasiyasında işləyir, kişi isə masondur.
 

Ana jurnalistlərə kənddə həkim, aptek və hər cür şərait olduğu üçün ucqar kənddə uşaq böyütməkdə problem görmədiyini bildirib.


Qeyd edək ki, İtaliyada son illər ailələrin şəhərlərdən ucqar kəndlərə köçməsi tendensiyası müşahidə olunur. Bunun isə səbəbi ucqarlarda əhali azaldıqca, ucuz qiymətə mənzil almağın mümkün olmasıdır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR