Əməkdar artist türk filmində baş rola dəvət aldı

Cəmiyyət
21:50 / 15.11.2023
10570
Əməkdar artist Mehriban Xanlarova Türkiyəyə yollanıb.
Sfera.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, qardaş ölkədə lentə alınan filmdə baş rola dəvət aldığını bildirib:
"Səfərim Türkiyənin İstanbul şəhərinədir. Qardaş ölkədə filim çəkilişi ilə bağlı baş rola dəvət almışam. Hər kəsə bol-bol uğurlar arzulayıram. Çəkiliş zamanı paylaşım edəcəyəm".