Azərbaycanlı bloger Rusiyaya təhvil verildi

Azərbaycanlı bloger Rusiyaya təhvil verildi

18 yaşlı azərbaycanlı bloqer Tural Məmmədov Rusiyaya ekstradisiya edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilir ki, Azərbaycan hüquq-mühafizə orqanları Rusiya Baş Prokurorluğunun tələbi ilə “Jizn brodyaqi” teleqram kanalının rəhbərini Rusiyaya təhvil verib.

 

Məlumata görə, Tural Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, görüntüləri isə “Telegram”da yerləşdirib.

 

Tural Məmmədov noyabrın 2-də Rusiyanın tələbi ilə Azərbaycanda saxlanılıb. Oktyabrın 28-də o, Rusiya tərəfindənbeynəlxalq axtarışa verilib və qiyabi həbs edilib. Tural Məmmədovdan başqa, xuliqanlıq, nifrət və düşmənçiliyin salınması faktı üzrə daha 11 nəfər, Azərbaycan, Tacikistan və Dağıstan vətəndaşları saxlanılıb.

 


OXŞAR XƏBƏRLƏR