Kəndə meymunlar hücum etdi: bir uşaq öldü

Kəndə meymunlar hücum etdi: bir uşaq öldü

Hindistanda meymun 10 yaşlı uşağı parçalayıb.
 

Sfera.az bildirir ki, Dipak Thakor adlı uşaq dostları ilə oynayarkən meymun dəstəsinin hücumuna məruz qalıb. Vəhşi heyvanlar uşağın üstünə cumaraq, qarın nahiyəsini parçalayıblar. Bu, meymun dəstəsi tərəfindən basqına məruz qalan kiçik Qucarat kəndində son hücumlardan sadəcə biridir.
 

Təcili tibbi yardım uşağı xəstəxanaya çatdırsa da, o, yolda dünyasını dəyişib.
 

"Hücum zamanı uşağın bağırsaqları qopub. Uşaq evə qaçaraq, kömək istəyib. Xəstəxanaya çatdırıldıqda, onun öldüyünü bildiriblər. Bu, bir həftə ərzində kənddə üçüncü meymun hücumudur"- deyə kənd sakinləri bildiriblər.


Xatırladaq ki, bu il bir meymun üç yaşlı qızı qaçıraraq, başını daşla əzib öldürmüşdü. Hadisə Çində baş verib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR