Bu prospektdə sürət həddi endirildi - FOTOLAR

Cəmiyyət
16:17 / 15.11.2023
4987
Bu gündən paytaxtın Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, yol sahəsində hazırda müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş olunur.