Finlandiya Rusiya ilə sərhədləri bağlayır
“Finlandiyanın Daxili İşlər Nazirliyi hökumətə Rusiya ilə sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı təkliflər paketi təqdim edəcək”.
Bu açıqlama ilə Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen çıxış edib. Onun sözlərinə görə, buna səbəb Somali, Yəmən, Suriya və digər ölkələrdən qaçqınların gəlməsidir.
Sfera.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. O, sözügedən addımı təəssüf hissi ilə qarşıladığını deyib:
“Biz dərin təəssüf hissi keçiririk ki, Finlandiya rəhbərliyi əvvəlki yaxşı münasibətlər səviyyəsindən qəsdən uzaqlaşma yolunu seçib”, – Peskov söyləyib.
Qeyd edək ki, noyabrın 9-dan Finlandiya sərhədçiləri ölkənin cənub-şərqindəki bəzi keçid məntəqələrində rusiyalıları velosipedlə keçirməyə icazə vermirdilər. Sonradan məlum olub ki, Finlandiya noyabrın 15-dən etibarən Rusiyadan velosipedlə girişi tamamilə qadağan edəcək.
Günay