Həyat yoldaşı Kanye Uestin əlindən Avstraliyaya qaçıb

Həyat yoldaşı Kanye Uestin əlindən Avstraliyaya qaçıb

Reper Kanye Uestin 28 yaşlı həyat yoldaşı Bianka Sensori musiqiçinin nəzarəti olmadan doğma Melburna gedib. O, burada təkcə ailəsi ilə deyil, həm də son vaxtlar ondan çox narahat olan dostları ilə görüşə bilib.


Sfera.az bildirir ki, Bianka Kanye və böyük qızının Dubayda olmasından istifadə edərək ailəsini ziyarət etmək qərarına gəlib.


Keçən dekabrda keçmiş Kim Kardaşyanın keçmiş əri ilə evlənən Bianka uzun müddətdir, qalmaqalların mərkəzindədir. Yaxın dostları daim “dəli” adlandırılan Kanyenin qıza psixoloji şiddət göstərdiyini, onu öz istədiyi kimi idarə etdiyini iddia edib. Qeyd edək ki, evlilikdən sonra bu, qızın evə ilk səfəridir. O, nəhayət valideynləri Leo və Alexandra və bacısı Ancelina ilə görüşə bilib.
 

Sensor bacılarının keçən cümə məşhur “Melbourne bar Marquis of Lorne”də səhərə qədər əyləndikləri bildirilir. Şahidlərdən biri qeyd edib ki, Bianka burada həddindən artıq sərbəst və sevincli olub. O, barda dostları və ailə üzvləri ilə vaxt keçirib.
 

Biankanın yaxın ailə üzvləri və dostları daim ərinin onu keçmiş həyat yoldaşı Kim Kardaşyanın "radikal" versiyasına çevirmək üçün manipulyasiya etdiyindən narahat olduqlarını ifadə edirlər.
 

Əvvəllər uşaqlıq dostu tərəfindən “sosial kəpənək” kimi təsvir edilən Bianka ilə bağlı narahatlıq son aylarda onun bir sıra biabırçı geyimlərdə və əri ilə əxlaqsız davranışında fotoşəkilləri ortaya çıxdıqdan sonra başlayıb. Qohumları onunla bunu müzakirəyə etməyə çalışsalar da, Bianka, hər kəsə kəskin cavab verib.
 

Mediada yayılan xəbərlərə görə, Kanye həyat yoldaşına heç vaxt danışmamağı tövsiyə edib və birlikdə yaşamaqları üçün bir sıra qaydalar qoyub.
 

"Kanye Bianka üçün bir sıra ağılasığmaz qaydalar tətbiq edib. Qız, hətta onun müəyyən etdiyi qidaları yeməlidir. Kanye özü idman etməsə belə, Bianka daim məşq etməlidir. Biankanın artıq öz fikri yoxdur. Kanyeyə məxsusdur və ona itaətkardır. Kanye, hətta Biankanı kral ailəsi üzvü olduğuna inandırıb”- deyə dostları mətbuata bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...