İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxındırlar

İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxındırlar

Girovların azad edilməsi ilə bağlı HƏMAS yaraqlıları ilə İsrail arasında razılaşma yaxın gələcəkdə baş tuta bilər. Tərəflər praktiki olaraq razılığa gəliblər.
 

Sfera.az xəbər verir ki, bunu ABŞ prezidenti bəyan edib.
 

Onun sözlərinə görə, HƏMAS-ın Qəzza zolağında saxladığı girovlar tezliklə azadlığa çıxacaq. Danışıqlar çətin gedir, amma ortaq dil tapıldığını göstərən əlamətlər var.
 

"Mən hər gün prosesdə iştirak edən insanlarla danışıram. Bunun baş verəcəyinə inanıram. Ancaq təfərrüatlara varmaq istəmirəm" - deyə Bayden mətbuata açıqlamasında bildirib.
 

Həmçinin, adı açıqlanmayan Amerika rəsmisi jurnalistlərə verdiyi şərhdə sövdələşmənin bir vacib şərtə görə baş tuta biləcəyini qeyd edib. HƏMAS-ın əlində olan vətəndaşların azad edilməsindən sonra Qəzza zolağında hərbi əməliyyatlarda bir neçə günlük fasilə olacaq. Beş günə qədər davam edəcək, lakin təfərrüatlar hələ yeni yekunlaşmaq ərəfəsindədir.
 

Müqavilənin bu bəndi digərləri kimi hələ də müzakirə olunur. Ümumiyyətlə isə, razılaşmanı qeyri-sabit adlandırmaq olar, çünki danışıqlar hər an pozula bilər.
 

Həmçinin CNN-də ötən gün verilən materialda, avropalı diplomatlardan birinin girovların yaxın günlərdə və ya həftələrdə azad ola biləcəyinə dair nikbinliyini bildirən sözləri də yer alıb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR