Azərbaycanda vulkan püskürməsi gözlənilir: Vaxtı açıqlandı

Azərbaycanda vulkan püskürməsi gözlənilir: Vaxtı açıqlandı

"Proqnoz kimi deyə bilərəm ki, Azərbaycanda gələn il vulkan püskürəcək".
 

Sfera.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev deyib.
 

Onun sözlərinə görə, vulkanların qorunması hər zaman diqqət mərkəzindədir və ehtiyac olanda vulkanların monitorinqi aparılır:
 

"Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelaqında 8 palçıq vulkanı mənşəli adalar mövcuddur. Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır”.
 

Azərbaycanın palçıq vulkanlarının diyarı olduğunu qeyd edən A.Əliyev vurğulayıb ki, ölkəmizdəki palçıq vulkanları təbii sərvətlər qaynağıdır. Azərbaycan palçıq vulkanlarının vətəni sayılır:
 

"Burada palçıq vulkanı təzahürlərinin bütün formalarına təsadüf edilir. Palçıq vulkanları olan yerə mütləq neft və qaz toplanır. Təsadüfi deyil ki, palçıq vulkanlarını bəzən “yanacaq xəzinəsi” axtarmaq üçün mayak hesab edirlər. 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət Nazirliyinə təqdim olunub".


OXŞAR XƏBƏRLƏR

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...

İtaliya vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI

İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani italiyalıları Livanı tərk etməyə çağırıb.   ...