Rusiyada eyni gündə iki dəfə hərbi komissarlığı yandırmağa cəhd ediblər
Rusiyada Podolskda yerli sakinlər bir gündə iki dəfə hərbi komissarlığı yandırmağa cəhd ediblər.
Sfera.az bildirir ki, yaşlı təqaüdçülərin WhatsApp vasitəsilə əlqə saxladığı “Ukraynalı kurator”un göstərişi ilə hərəkət etdikləri iddia edilir.
Belə ki, bir gün saat 21:30 radələrində bir qadın Lenin prospektində yerləşən komissarlığa yaxınlaşaraq binanın pəncərəsinə naməlum qarışığı olan viskisi atıb. Yanğın olmasa da, şüşə pəncərələri sındırıb.
53 yaşlı Mariya K. hadisə yerində saxlanılıb.
İkinci cəhd bir neçə saat sonra, saat 0:20 radələrində baş verib. Əvvəllər oğurluğa görə məhkum olunmuş 66 yaşlı Aleksandr Ç. bu dəfə kefir şüşələrində “Molotov kokteyli” ilə hərbi komissarlığa hücum edib. O da dərhal saxlanılıb, çünki bina artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Yaşlı rusların WhatsApp vasitəsilə təlimat göndərən “Ukraynalı kuratorun” göstərişi ilə hərəkət etdikləri məlum olub. Yanğın nəticəsində pəncərənin çərçivəsi yanıb, lakin gözətçi onu tez bir zamanda söndürə bilib.
Hazırda müstəntiqlər yanğın törədən hər iki şəxslə bağlı istintaq materiaları üzərində işləyir. Hər iki məhbusu 20 ilə qədər həbs cəzası gözləyir.
Aynil
Sfera.az