MEDİA qəzet və saytlar üçün müsabiqə ELAN ETDİ

MEDİA qəzet və saytlar üçün müsabiqə ELAN ETDİ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.

 

Agentlikdən Sfera.az-a verilən məlumata görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

 

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

 

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

 

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.

 

Agentlik, həmçinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.

 

Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

 

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

 

Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...