Nar vətənində neçəyədir? – Göyçay bazarından REPORTAJ + FOTOLAR
Nar festivalı ilə əlaqədar Göyçaya yollanan Sfera.az əməkdaşları rayonun “Təzə bazar”ına da üz tutub.
Xatırladaq ki, bu bazar Mərkəzi Aran bölgəsinin ən iri topdan və pərakəndə ticarət mərkəzidir. Burada yerli fermerlərlə yanaşı, qonşu rayonlardan olan sahibkarlar da məhsullarını satışa çıxarırlar.
Bazarda genişlik və təmizlik ilk baxışdan diqqətimizi cəlb etdi. Məhsulların geniş çeşidi, qiymətlərin münasibliyi alıcıların bura üz tutmasının başlıca səbəblərindəndir.
Səfərimiz Göyçayda keçirilən Nar festivalı ərəfəsinə təsadüf etdiyindən ilk olaraq nar və nar məhsullarının qiymətləri ilə maraqlandıq.
Narın vətəni sayılan Göyçayda bu məhsulun qiyməti 60 qəpikdən 30 manat aralığına qədər dəyişir.
Narların qiyməti ölçüsündən, sortundan və görünüşündən asılıdır. Alıcılara əsasən üç sort nar təklif olunurdu - Azərbaycan Gülöyşəsi, Bala Mürsəl və Şıxbaba.
Azərbaycan Gülöyşəsi sortunun kiloqramı 60 qəpik 30 manat aralığındadır. Bala Mürsəl nar sortu 5-15 manat, Şıxbaba sortunin qiyməti isə 2-5 manat arasında dəyişir.
Nar şirəsinin 1 litrinin və nar şərabının 1 kiloqramı isə 5 manata təklif olunurdu.
Bazarda digər məhsullar üzrə qiymətlər isə aşağıdakı kimi idi:
Heyva 1 kq – 2 manat
Xiyar 1 kq – 1 manat
Pomidor 1 kq – 2 manat
Portağal 1 kq – 2 manat
Mandarin 1 kq – 1.30 manat
Kivi 1 kq – 1.50 manat
Limon ədədi – 0.20 manat
Alma 1 kq – 0.60 manat
Xurma 1 kq – 1 manat
Meyvə-tərəvəzdən əlavə, bazarda ərzaq məhsulları da satılırdı:
Şor 1 kq – 1.50 manat
Pendir 1 kq – 5-8 manat
Yumurta 1 ədəd – 0.40 manat
Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı