İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı razılığa gəlir

İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı razılığa gəlir

İsrail və HƏMAS girovlarla bağlı saziş imzalaya bilər.

 

Sfera.az bildirir ki, bu barədə “The Washington Post” (WP) qəzetinin xarici siyasət yazarı Devid İqnates İsrail hökumətindəki mənbələrinə istinadən məlumat verib. Onun sözlərinə görə, razılaşma bir neçə gün ərzində açıqlana bilər.

 

“Sazişin ümumi konturları aydındır”, deyə o qeyd edib.

 

Müəllif fikirlərini bu cür davam etdirib: “İlkin razılaşmaya əsasən, İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə eyni vaxtda israilli qadın və uşaqlar da qrup halında azad ediləcək. İsrail ərazisindən qaçırılan 100 qadın və uşağın hamısının buraxılmasını tələb edir. Silahlılar isə böyük ehtimalla 70 nəfəri azad edəcəklər”.

 

Nəşrin məlumatına görə, İsrail həbsxanalarında ən azı 120 fələstinli qadın və gənc var və onlardan neçəsinin azad ediləcəyi məlum deyil. Həmçinin, İsrail rəsmisi bildirib ki, girovların və əsirlərin mübadiləsi, ehtimal ki, beş gün davam edəcək müvəqqəti atəşkəslə müşayiət olunacaq.

 

İsrail hakimiyyətinin məlumatına görə, 240-250 nəfər HƏMAS-ın girovluğundadır. Onların əksəriyyəti İsrail, o cümlədən ABŞ, Almaniya və digər ölkələrlə ikili vətəndaşlığı olanlardır. Təxminən 35 nəfər əcnəbidir, onların əksəriyyəti İsraildə işləyən Tayland vətəndaşlarıdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR