Leysan yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI

Leysan yağacaq, güclü külək əsəcək - Sabahın HAVASI

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...