Donald Trampın bacısı dünyasını dəyişdi

Donald Trampın bacısı dünyasını dəyişdi

 

 

ABŞ-nin keçmiş prezidenti Donald Trampın böyük bacısı Meryanna Tramp Barri vəfat edib.

 

Sfera.az bildirir ki, o, Nyu-Yorkun Manhetten şəhərindəki evində 86 yaşında dünyasını dəyişib.

 

Məlumata görə, Meryanna Donald Trampın həm müdafiəçisi, həm də tənqidçisi olub. Bacısı sabiq prezidentin məsləhət istədiyi nadir insanlardan idi. Təqaüddə olan hakim Meryanna keçmiş prezident Bill Klintonun dövründə ABŞ Apellyasiya Məhkəməsinin baş hakimi təyin edilib.

 

Qeyd edək ki, 77 yaşlı Donald Trampın iki bacısı və iki qardaşı var. Onun böyük qardaşı Fredrik Tramp 1981-ci ildə vəfat edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR