Türkiyənin Rusiyadan neft idxalı rekord səviyyəyə çatdı

Türkiyənin Rusiyadan neft idxalı rekord səviyyəyə çatdı

Türkiyə Rusiyanın “Ural” xam neftinin əsas alıcılarından birinə çevrilib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər veriri ki, idxal oktyabrda 1,4 milyon ton olmuşdu. Noyabrda da ən azı həmin nəticənin təkrarlanacağı gözlənilir. 


Türkiyəli ekspertlər noyabrda idxal miqdarının bir qədər də artacağını və 2022-ci ilin oktyabrında qeydə alınan rekord göstəricinin (1,43 milyon ton) keçməsinin ehtimal edildiyini proqnozlaşdırır. 


Rəsmi məlumatlara görə, noyabrın 1-dən 15-dək Rusiya limanlarından Türkiyə limanlarına göndərilmək üçün 800 min tondan çox “Ural” nefti yüklənib. Ayın ikinci yarısında da təxminən bu qədər neft yüklənərsə, Türkiyəyə aylıq müqayisədə rekord miqdarda neft göndərmiş olacaq. 


Türkiyənin “Ural” neftinin idxalını artırması Azərbaycanın STAR neft emalı zavodu ilə bağlıdır. Zavod Rusiyanın “LUKoil” şirkəti ilə bir müddət əvvəl “Ural” xam neftinin idxalı ilə bağlı razılaşma imzalayıb. Razılaşmadan sonra Türkiyə daha ucuz rus nefti idxal etməyə başlayıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR