Putin 2024-cü il seçkilərinə qatılmayacaq? – “Plan belədir...”

Putin 2024-cü il seçkilərinə qatılmayacaq? – “Plan belədir...”

“Putin 2024-cü il seçkilərində iştirak etməyə bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti bunu səhhəti ilə əlaqələndiriləcək:

 

“Ukrayna müharibəsində Kremlin ciddi irəliləyiş əldə etməməsi, iqtisadi və sosial problemlər, sanksiyaların genişləndirilməsi Rusiyanı ciddi şəkildə zəiflədir. Putinin hakimiyyətdə olduğu müddətdə danışıqlarla bağlı irəliləyiş gözlənilmir. Rusiya bu müharibəni strateji cəhətdən uduzub”.

 

Ekspert qeyd edib ki, Putinin növbəti dəfə hakimiyyətdə qalması problemləri dərinləşdirəcək:

 

“Rusiya bu böhrandan çıxmaq üçün planlar hazırlayır. Putinin növbəti seçkilərə getməməsi də həmin planlardan biridir”.

 

Xatırladaq ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. O, Putinin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamadığını söyləyib.

 

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Seçki kampaniyasının özü də hələ rəsmi olaraq elan edilməyib", - Kreml sözçüsü bildirib.

 

Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.

 

Günay


OXŞAR XƏBƏRLƏR