"Fransanın Ermənistanla bağlı bu addımı Azərbaycana sərf edir" - AÇIQLAMA

“Fransanın Ermənistana hərbi texnika göndərməsi narahatlıq üçün əsas versə də, Azərbaycan üçün müəyyən imkanlar da açır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq bildirib ki, Polşa və Çexiya kimi Avropanın bir çox dövləti ölkəmizə silah sata bilərlər:

 

“Avropa ölkələri, o cümlədən Fransa Birinci Qarabağ müharibəsi dövründən Azərbaycana və Ermənistana silah və hərbi texnika satmamaq barədə ümumi qərar vermişdilər. Fransa Ermənistana hərbi texnika göndərməklə embarqo qərarından çıxmış oldu. Belə olan halda digər Avropa dövlətləri rahatlıqla Azərbaycana hərbi texnika və silah sata bilərlər. 

 

Misal üçün, Müdafiə Nazirliyi bir müddətdir İtaliya ilə danışıqlar aparır, bu ölkənin hərbi təyyarələrinə marağımız var. Elə Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov italiyalı həmkarı Quido Krosetto ilə görüşərək iki ölkə arasında hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı İtaliyadır. Bu ölkə Parisə boylanmadan Azərbaycana hərbi texnika sata bilər. Avropanın digər dövlətləri, o cümlədən Azərbaycanla strateji tərəfdaşlığı olan Polşa və Çexiya da ölkəmizə silah sata bilərlər”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.   Sfera.az xəbər verir ki, bu bar...

Polis 21,9 kq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 21-də və 22-də ümumi çəkisi 21,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. ...

Taleyüklü məsələlərin həllində şəxsiyyət faktorunun rolu əvəzsizdir - RƏY

Dünya təcrübəsi sübut edir ki, tarixdə şəxsiyyət faktorunun rolu danılmazdır. Beynəlxalq hüququn və ədalət anlayışının geosiyasi maraqlara qurban verildiyi müas...

Faciəvi şəkildə ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı

Dünən paytaxtın Qaradağ rayonunda 3 nəfərin ölümü ilən nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.   Sfera.a...

Prezident forum iştirakçılarına müraciət ÜNVANLADI - YENİLƏNDİ

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun işt...

Bu şəxslərə 6 min manat ödəniləcək - Müraciət üçün lazım olan SƏNƏDLƏR

“Azərbaycan Prezidenti İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna ...