Vətəndaşlardan odlu silahlar təhvil götürüldü

Cəmiyyət
10:44 / 14.11.2023
4335
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 12 müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.