Bu həftə məktəblərdə payız tətili başlayır

Cəmiyyət
10:03 / 14.11.2023
4652
Noyabrın 16-dan 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr - 5 gün olmaqla əhatə edir.