“Moschino”nun yeni yaradıcı direktoru işə başladıqdan 9 gün sonra vəfat etdi

“Moschino”nun yeni yaradıcı direktoru işə başladıqdan 9 gün sonra vəfat etdi

Noyabrın 1-də rəsmi olaraq “Moschino”nun yeni yaradıcı direktoru olmuş italyan dizayner Davide Renne noyabrın 10-da 46 yaşında Milanda vəfat edib.
 

“Moschino” moda evi onun ölümünü İnstaqram hesabında elan edib.

Sfera.az xəbər verir ki, gənc dizayner Davide Rennin ölümünün ilkin səbəbinin infarkt olduğu bildirilir.


Davide Renne “Moschino” üçün ilk kolleksiyasını təqdim etməyə belə vaxt tapmadı,


Qeyd edək ki, o, “Moschino”nun yeni yaradıcı direktoru kimi ilk kolleksiyasını 2024-cü ilin fevralında Milan Moda Həftəsində nümayiş etdirməli idi.


Renne 1977-ci ilin iyulunda Toskana ştatının Follonica şəhərində anadan olub. Florensiya Universiteti və Polimoda moda məktəbini bitirib. Gənc dizayner karyerasına ilk dəfə italyan modelyer və mentor Alessandro Dell'Acqua ilə işləməyə başlayıb. Orada 20 ilə yaxın müxtəlif yaradıcı direktorların rəhbərliyi altında çalışıb. Renne Alessandro Mişelin dövründə qadın geyimləri şöbəsinə rəhbərlik edib. O, 2004-cü ildə “Gucci” ilə işləməyə başlayıb.



İtalyan dizayner “Etro”, “The Attico”, “Blumarine”in keçmiş və yeni kreativ direktorları kimi məşhurların daxil olduğu moda ictimaiyyətinin sayılan üzvlərindən idi.


David yeni işini 16 oktyabr 2023-cü ildə elan edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR