Üzərində partlayıcı maddə və İŞİD bayrağı olan iki əcnəbi saxlanıldı
Dünya
20:05 / 13.11.2023
10247
Gürcüstan əks-kəşfiyyatı paytaxt Tbilisidə üzərində əldəqayırma partlayıcı qurğular və İŞİD bayrağı olan iki əcnəbinin saxlanıldığını bildirib.
Sfera.az xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yanında Terrorla Mübarizə Mərkəzi əməliyyatın qanunsuz miqrantların daşınması ilə bağlı insidentlə bağlı aparılan araşdırma zamanı baş verdiyini bildirib.
Əməliyyat Tbilisidə eyni vaxtda iki yerdə həyata keçirilib. Axtarış zamanı saxlanılanların üzərində partlayıcı və əldəqayırma partlayıcı qurğular, səsli tüfənglər, saxta pasportlar və İŞİD bayrağı aşkar edilib.
Saxlanılanların milliyyəti hələlik açıqlanmır.
Aysel
Sfera.az