“Bitcoin”in qiyməti 45 min dollara çata bilər - PROQNOZ
17:00 / 13.11.2023
13737
Ən bahalı kriptovalyuta olan “Bitcoin” keçən həftə 38 min dollara qədər bahalaşdıqdan sonra hazırda qiyməti 36,7 min dollar ətrafında dəyişir.
Sfera.az xəbər verir ki, ABŞ-li ekspertlər il sonuna qədər kriptovalyutanın bir qədər də bahalaşaraq dəyərinin 42-45 min dollar arasında olacağını proqnozlaşdırırlar.
“Bircoin”in bahalaşmasının səbəbi dolların ucuzlaşması ehtimalı ilə bağlıdır. ABŞ-də inflyasiyanın enməsi dolların ucuzlaşacağına dair inamı gücləndirib. Bu səbəbdən kriptovalyutanın bahalaşması müşahidə edilir.
“Bircoin”in bahalaşması bu valyutaya sərmayələrin məbləğinin artmasına da səbəb olur. Artıq bu kriptovalyuta bazarının ümumi dəyəri 700 milyard dolları ötüb.
Vasif