Kadırovun böyük oğluna da vəzifə verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmata vəzifə verilib.
Sfera.az bildirir ki, o, respublikanın mədəniyyət, idman və gənclər siyasəti nazirinin birinci müavini təyin olunub. Bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov məlumat verib.
O, qeyd edib ki, Axmat Kadırov əvvəllər Birinci Hərəkatın Çeçenistan regional bölməsinin şurasına rəhbərlik edib.
Onun sözlərinə görə, Ramzan Kadırovun böyük oğlu nazirliyin idmanın inkişafı, gənclər siyasəti və vətənpərvərlik tərbiyəsi ilə bağlı işini təkmilləşdirəcək.
Qeyd edək ki, Axmat Çeçenistan Respublikası hökumətində yüksək vəzifə tutan Kadırovun dördüncü övladı olub. Kadırobun böyük qızı Ayşat 2021-ci ildən regional Mədəniyyət Nazirliyinə rəhbərlik edir. 20 yaşlı Karina Kadırova 2020-ci ildə Qroznıda məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 2023-cü ilin noyabrında 15 yaşlı Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri olub.
Türkan