“Neftçi” “Zenit” azarkeşləri üçün xüsusi sektor ayıracaq

“Neftçi” “Zenit” azarkeşləri üçün xüsusi sektor ayıracaq

“Neftçi” Rusiyanın “Zenit” klubu ilə keçiriləcək yoldaşlıq görüşü zamanı qonaq komandanın azarkeşləri üçün xüsusi sektor ayıracaq.

 

Sfera.az xəbər verir ki, Bakı klubu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Bildirilib ki, həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır: “Matça olan marağı nəzərə alaraq, “Neftçi Arena”da keçiriləcək görüşdə Sankt-Peterburq təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Zenit” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən klubun müvafiq qurumları ilə əlaqə yaratmalıdırlar”.

 

Bundan başqa, “Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin görüşü izləmələri məhdudlaşdırılacaq: “Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq”.

 

Qeyd edək ki, noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” oyunu saat 21:00-da başlayacaq.


OXŞAR XƏBƏRLƏR

Avqustda havanın temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.   Sfera.az xəbə...

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətil...

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olundu

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə İ...

Bərdədə kişi çayda boğuldu

Bərdə sakini çayda boğulub.    Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zümürxan kəndində Çaylaq adlanan ərazidə baş verib.    ...

İran Prezidentindən ETİRAF: "Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir"

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.   Sfera.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri za...

Zəngəzur dəhlizi təhvil verilir - Rəsmən bəyan edildi

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “H...