“Nə qədər az danışsam, o qədər yaxşıdır” – Netanyahu

“Nə qədər az danışsam, o qədər yaxşıdır” – Netanyahu

İsraillə HƏMAS arasındakı girov müqaviləsinin təfərrüatları açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə “NBC News” yüksək rütbəli ABŞ rəsmisinə əsaslanan məlumat yayıb. Adı açıqlanmayan rəsminin sözlərinə görə, HƏMAS-ın girov saxladığı təxminən 80 qadın və uşaq İsrail həbsxanalarında saxlanılan qadın və uşaq məhkumlar müqabilində azad ediləcək.

 

Nəşrin müsahibi təklifin müzakirə edildiyini, lakin yekun razılığın olmadığını bildirib. O, Vaşinqtonun girovların azad edilməsi üçün bütün variantları irəli sürdüyünü vurğulayıb. “NBC News”a danışan İsrailin baş naziri Benyamin Netanyahu da girovlardan bəzilərinin azad edilməsi üçün razılığın əldə oluna biləcəyini açıqlayıb. 

 

“Bu barədə nə qədər az danışsam, onun reallaşma şansını bir o qədər artıracağımı düşünürəm. Bacarsaq, bunu açıqlayacağıq”, deyə o söyləyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR