“Qırğızıstanda rus dili rəsmi dil kimi saxlanılacaq” – Prezident Sadır Japarov
“Rus dili Qırğızıstan xalqının həyatında rəsmi dil kimi mühüm rolunu saxlayacaq”.
Sfera.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov rus dili ilə bağlı fikirlərini ifadə edərkən bildirib.
Prezident qeyd edib ki, rus dilini öyrənmək onun xalqının ruhunun, dünyagörüşünün və dəyərlərinin açarıdır:
“Biz yadda saxlamalıyıq ki, dili öyrənməklə nəinki ünsiyyət üsulunu mənimsəmiş oluruq, həm də xalqın ruhunun açarını, onun təkrarolunmaz dünyagörüşünün, mənəvi-əxlaqi dəyərlərinin açarını əldə edirik”.
Prezident çoxdilliliyin qorunub saxlanmasını zamanın çağırışı adlandırıb.
Qeyd edək ki, Qırğızıstan Konstitusiyasına görə dövlət dili qırğız, rəsmi dil isə rus dilidir. Qırğızıstanın əhalisinin sayı 7 milyon nəfərdir. Ölkə əhalisinin cəmi 4 faizi, yəni 280 min nəfəri etnik ruslardır.
Vasif