Bu ərzaq malları kəskin BAHALAŞDI - SİYAHI
İqtisadiyyat
16:29 / 13.11.2023
7887
Oktyabrda ərzaq mallarından yumurtanın və tərəvəzlərin qiymətində kəskin artım baş verib.
Sfera.az xəbər verir ki, yumurtaların qiyməti sentyabr ayına nisbətən 8,7 faiz, tərəvəzlərin qiyməti 6,5 faiz artıb.
Digər ərzaq mallarının heç birində nəzərə çarpan bahalaşma qeydə alınmayıb. Əvəzində meyvələrin qiymətində ciddi enmə baş verib. Bir ayda meyvələrin qiyməti orta hesabla 2,4 faiz enib.
Ümumilikdə, ötən ay qida məhsullarının qiyməti 0,9 faiz artıb. Statistik məlumatlardan görünür ki, əgər oktyabrda tərəvəzlərin qiymətində kəskin artım baş verməsəydi, aylıq müqayisədə ərzaq mallarında ucuzlaşma baş verəcəkdi.
Vasif