Azərbaycanda illik inflyasiya 3,9 faizə düşüb – RƏQƏMLƏR

Azərbaycanda illik inflyasiya 3,9 faizə düşüb – RƏQƏMLƏR

Azərbaycanda illik inflyasiyada azalma dinamikası oktyabrda da müşahidə edilib. 


Sfera.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, oktyabrda qiymət artımı ötən ilin eyni ayına nisbətən 3,9 faiz yüksəlib.

 

Sentyabrda bu göstərici 5,1 faiz idi. 


İllik inflyasiya qida məhsullarında 3,1 faiz, qeyri-ərzaq mallarında 4,7 faiz, pullu xidmətlərdə 4,5 faiz təşkil edib. 


İllik qiymət artımının sürətinin zəifləməsi dövrü inflyasiyaya da azaldıcı təsir göstərib. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artıb ki, bu da yanvar-sentyabr dövrü ilə müqayisədə 0,7 faiz bəndi aşağıdır. Əvvəlki ayda dövrü inflyasiya 10,9 faiz idi. 


Müqayisə edilən dövrdə ərzaq mallarının qiymət səviyyəsi 11,7 faiz, qeyri-ərzaq mallarının qiymət səviyyəsi 9,5 faiz, pullu xidmətlərin qiymət səviyyəsi isə 9,1 faiz artıb.  
Dinamika göstərir ki, Azərbaycanda noyabrda dövrü inflyasiya təkrəqəmli səviyyəyə düşəcək. 


Qeyd edək ki, yeni makroiqtisadi proqnozlara əsasən, 2023-cü ilin yekununda dövrü inflyasiya 9,5 faiz olmalıdır. Lakin gedişat göstərir ki, dövrü inflyasiyanın 9 faizə enməsi də realdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR