HƏMAS yeni və daha güclü hücuma hazırlaşır
HƏMAS İsrailə qarşı hücumların ikinci mərhələsini planlaşdırıb.
Sfera.az bildirir ki, bu iddia ilə “Washington Post” çıxış edib. Nəşr Qərb və Yaxın Şərq ölkələrinin kəşfiyyat qurumlarındakı mənbələrinə istinadən belə bir məlumat yayıb:
“HƏMAS İsrailə qarşı yeni hücumlara hazırlaşır. Plan Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə başlamaq niyyəti ilə cızılıb. Ehtimal olunur ki, İsrailə hücum konfliktin genişlənməsinə və güclü reaksiyaya səbəb olacaq”.
Mənbələr belə nəticəyə gəliblər ki, hərəkat üzvləri qida və sursat anbarlarını, eləcə də iri şəhərləri vurmaq üçün təlimatlarla təmin edilib:
“HƏMAS-ın mümkün qədər çox insanı öldürmək və girov götürmək məqsədi ilə ibtidai məktəblərə və gənclər mərkəzinə hücum planlaşdırdığı da məlumdur. Silahlılara İsrail kəndlərinə hücum etmək və dinc əhalinin, o cümlədən uşaqların toplaşdığı yerlərə getmək əmri verilib”.
Türkan