Fətullah Gülən Amerikadan qaçır

Fətullah Gülən Amerikadan qaçır

Donald Trampın ABŞ prezidenti seçilməsinin elan olunmasına az qaldığı bir vaxtda Pensilvaniyada olan FETÖ lideri Fətullah Gülənin qaçmağa hazırlaşdığı iddia edilib 

Belə ki, seçkilərdə kritik əhəmiyyətə sahib olan Pensilvaniya əyalətində də respublikaçı namizəd Donald Tramp qələbə qazanıb.

ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərdən Tramp Güləni Türkiyəyə təslim edəcəyinə dair bəyanatını vermişdi.

Bu səbəbdən FETÖ terror təşkilatı Hillari Klintona istiqamətli lobbi fəaliyyətləri gerçəkləşdirirdi. Bu sırada ABŞ-dakı FETÖ-çülərin demokratların namizədi Hillari Klintona maliyyə dəstəyi etməsi barədə iddialar səslənib. Dəstəyin 100 milyon dolların olduğu da açıqlanıb.

Gülənin yaşadığı Pensilvaniya əyalətində böyük bir çəkişmə baş verib. ABŞ seçkilərində Klintonun məğlubiyyətindən sonra FETÖ lideri Gülənin nə edəcəyi maraq doğurur. Çünki Tramp ilk iş olaraq terror təşkilatıyla mübarizə edəcəyini söyləmişdi. Səsvermə nəticələrindən və Donald Trampın zəfər çalmasından sonra FETÖ və onun qrupunun Kanadaya qaçmaq üçün hazırlaşdıqları iddiası ortaya çıxıb. (Politika.az)


OXŞAR XƏBƏRLƏR