Bu qidadan imtina qan təzyiqini xeyli azaldır - ARAŞDIRMA

Bu qidadan imtina qan təzyiqini xeyli azaldır - ARAŞDIRMA

ABŞ-nin Vanderbilt Universitetinin və İngiltərənin Birmingem Universitetinin alimlərinin apardığı araşdırmaya görə, duzdan az istifadə qan təzyiqini əsaslı şəkildə aşağı salır. 


Sfera.az xəbər verir ki, universitetlər yaşları 50-70 arasında olan 213 nəfər arasında sınaq aparıblar. 


Alimlər sınağa cəlb edilən şəxsləri iki qrupa bölüblər. Bir qrup yüksək duzlu pəhriz, digəri isə azduzlu pəhriz qəbul edib. Bir həftə sonra hər iki qrup pəhrizi əksinə dəyişib. 


Sınaqlar göstərib ki, duzu az qəbul edənlərdə qan təzyiqi çox duz istehlak edənlərlə müqayisədə xeyli azalıb. 


Alimlər bildirib ki, əldə edilən fərq çox önəmlidir. Onların rəyinə əsasən, belə bir fərqi yalnız təzyiqi aşağı salmaq üçün istifadə edilən gündəlik dərmanlar yarada bilər. 
Az duz istehlakının təzyiqə güclü təsiri sınaqda iştirak edənlərin 72 faizində müşahidə olunub. 


Alimlərin şərhinə görə, yüksək qan təzyiqi xəstəliklərin yaranmasında əsas səbəblərdən birdir. Buna görə də təzyiqin tənzimlənməsi sağlamlıqla bağlı ən vacib məsələlərdən hesab olunur.


Vasif


OXŞAR XƏBƏRLƏR