Rusiya Ukrayna ilə danışıqlara başlayır? - İDDİA

Rusiya Ukrayna ilə danışıqlara başlayır? - İDDİA

“Rusiya vaxt qazanmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilər”.

 

Bunu ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu iddia edib. Bildirilib ki, gələcək hücum əməliyyatları üçün vaxt qazanmaq istisna olmaqla, Kremlin Kiyevlə sülh danışıqlarına başlamaq ehtimalı azdır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırda həm Moskva, həm də Kiyev danışıqlar barədə düşünə bilər, amma bu mümkünsüzdür:

 

“Çünki Qərb dəstəyi müəyyən mənada azaltsa belə, yenə də Ukraynanı silahlandırır. ABŞ və müttəfiqləri savaşın davam etməsində maraqlıdır. Ukrayna ABŞ-nin iradəsinə zidd olaraq danışıqlara başlasa, bu, onun üçün fəlakət olar. Bu halda Vaşinqton Ukraynaya dəstəyi dayandıracaq. Nə qədər ki, Qərb Ukraynanı silahlandırır, Kiyev döyüşməyə məcburdur. Bu isə Moskva tərəfdən də danışıqları istisna edir”.

 

Ekspert bildirib ki, yaxın zamanda sülhün əldə olunması inandırıcı görünmür:

 

“Rusiya bunu istəyə bilər, amma ABŞ imkan verməz. Rusiya danışıqlara cəhd etsə, yəqin ki, Qərb təzyiqləri daha da artacaq.  Bəlkə də, haçansa Ukraynadakı müharibə dondurulacaq. Amma bu, yaxın gələcək üçün ağlabatan görünmür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...

Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal ərazi...