Xankəndi şəhər stadionu ilə bağlı YENİ XƏBƏR - Ən qısa zamanda...

22:22 / 12.11.2023
6519
Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. Bildirilib ki, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur.
Federasiyanın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yaxınlarda Qarabağa yollansa da, stadionda görülən tədbirlərə bilavastə GİN tərəfindən nəzarət edilir.
Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.
Qondarma rejimin "bayrağ"ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri "metalom"a atılıb.
Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq./