Bakı-Ələt yolunda 10 maşın toqquşdu - Uzun tıxac yarandı - VİDEO

Bakı-Ələt yolunda 10 maşın toqquşdu - Uzun tıxac yarandı - VİDEO

Bakı-Ələt yolunda zəncirvari qəza baş verib.

 

Sfera.az milli.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

 

Qəza yolda sıxlığa səbəb olub və avtomobillərin hərəkətini çətinləşdirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.az-a bildirilib ki, bu gün 16 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub:

 

"Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub".

 

Milli.Az

 


OXŞAR XƏBƏRLƏR