Mbappedən gələcəyi ilə bağlı AÇIQLAMA

14:47 / 12.11.2023
3508
PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Sfera.az "Marca"ya istinadən xəbər verir ki, Mbappe: “Mən indi bu barədə danışmaq istəmirəm. İndi düzgün vaxt deyil. Mənim üçün ən vacib olan futbol oynamaqdır”, - deyib.
Daha əvvəl "Real"ın yay transfer pəncərəsində yenidən Mbappeni almağa çalışacağı haqda xəbərlər yayılmışdı.
Xatırladaq ki, 24 yaşlı hücumçu 2018-ci ilin yayından PSJ-də oynayır. Onun Fransa təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.