Bərdədə avtomobildən kişi meyiti TAPILDI

Bərdədə avtomobildən kişi meyiti TAPILDI

Ağdam rayon sakini maşınında ölü tapılıb.

 

Sfera.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Ağdam rayon sakini 1998 ci il təvəllüdlü Qafarov Mehman Arzu oğlu Bərdə rayon Güloğlular kəndi ərazisində idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinin içərisində ölü olaraq tapılıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.


M.Qafarovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR