"Neftçi" doğma meydanda "Sumqayıt"a uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sfera.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Ataa Caber 35-ci dəqiqədə hesabı açıb. Qonaqlarda Masaki Murata 56-cı dəqiqədən tarazlığı bərpa edib. 69-cu dəqiqədə Roi Kehat "Sumqayıt"ın ikinci qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədəki "Səbail"ə çatıb. "Ağ-qaralar" 18 xalla altıncı sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Turun “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.