5 milyondan çox kitab fondumuzun məhvi... - Nazir

5 milyondan çox kitab fondumuzun məhvi... - Nazir

Bu gün açılışında iştirak etdiyimiz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə Azərbaycan daxil olmaqla, 12 ölkədən 160-dan çox nəşriyyatlar qatılıb. Bu bölgədə öz möhtəşəmliyi və məzmun zənginliyi ilə seçilən sərgilərdəndir.

 

Sfera.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli deyib.

 

Prezident İlham Əliyevin tapşırıqları və müvafiq sərəncamları ilə kitab sənayesinin inkişafı istiqamətində çoxsaylı tədbirlər görüldüyünü vurğulayan A.Kərimli bildirib ki, əsas məqsədlərdən biri uşaq ədəbiyyatının təbliğ edilməsidir.

 

“Azyaşlıların oxu mədəniyyətinin formalaşmasına böyük önəm veririk. Azərbaycanın dili və ədəbiyyatı çox zəngindir. Sevindirici haldır ki, texnoloji inkişafa, rəqəmsal dünyanın həyatımızın əsas tərkib hissəsinə çevrilməsinə baxmayaraq, klassik kitablarımız yenə də vətəndaşlar tərəfindən böyük həvəslə oxunur”, - deyən nazir əlavə edib ki, Qarabağda işğal dövründə ermənilər tərəfindən Azərbaycanın mədəni mülkiyyətinin tərkib hissəsi kimi beş milyondan çox kitab fondumuzun tamamilə məhv edilməsi ağrılıdır. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda mədəni həyat canlanmaqdadır.

Nazir, eyni zamanda, qeyd edib ki, bu sərgidə Qarabağ üçün kitabların toplanması və kitab fondunun zənginləşdirilməsi istiqamətində aksiyalar da həyata keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Şimalla gərginliyi azaltmaq üçün sərhəddəki səsgücləndiriciləri sökür

Cənubi Koreya hakimiyyəti ölkənin Şimali Koreya ilə sərhədində yerləşdirilmiş və Pxenyana qarşı təbliğat yayımı edən səsgücləndiricilərin sökülməsinə başlayıb. ...

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək ...

"AzerGold" kapitalını kəskin şəkildə artırıb - Rəqəmlər

"AzerGold" QSC nizamnamə kapitalını 216,3 milyon manat və yaxud 4,5 dəfə artıraraq 62 milyon manatdan 278,3 milyon manata çatdırıb.   Sfera...

21 məktəb direktorunun işinə xitam verilib - RƏSMİ

"2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nət...

"Suriyalılar sülhə layiqdir" - Tom Barrak

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak Suriyada baş verən son qarşıdurmalarla bağlı açıqlama verib. O, Süveyda və Hələb vilayəti...

“Pixel 10” seriyası bu tarixdə təqdim ediləcək

Texnologiya nəhəngi “Google” yeni amiral gəmisi ağıllı telefonları olan “Pixel 10” seriyasını 20 avqustda Nyu-Yorkda təqdim edəcək....