"Neftçi"nin qapıçısı zədələndi

İdman
16:52 / 11.11.2023
12283
“Neftçi”nin qapıçısı İvan Brkiç zədələnib.
Sfera.az-ın məlumatına görə, 28 yaşlı qolkiper "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XIII tur oyunundan əvvəl məşq prosesində sıradan çıxıb.
Bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən xorvatiyalı oyunçu 2 həftədən sonra məşqlərə qatılacaq.
Qeyd edək ki, bu gün reallaşacaq "Neftçi" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.