Azərbaycan cüdoçusu qızıl medal qazandı

İdman
16:20 / 11.11.2023
12717
Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.
Sfera.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.
Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.