Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü - FOTO

Cəmiyyət
13:40 / 11.11.2023
11926
Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Sfera.az xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.(qafqazinfo)