Bu gün 20 dərəcə isti olacaq - PROQNOZ

Bu gün 20 dərəcə isti olacaq - PROQNOZ

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Zelenski bu şuraya MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiya...

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...