Farrell Uilyamsın milyon dollarlıq çantası tənqid olundu - FOTO

Farrell Uilyamsın milyon dollarlıq çantası tənqid olundu - FOTO

50 yaşlı musiqiçi və 2023-cü ilin fevral ayından etibarən “Louis Vuitton” kişilər qrupunun yaradıcı direktoru olan Farrell Uilyams “Millionaire Speedy” kimi tanınan yeni “Louis Vuitton” çantası ilə ictimaiyyət qarşısında göründükdən sonra tənqid atəşinə tutulub.

 

Sfera.az bildirir ki, bu sarı çantanın bir milyon dollar dəyəri var. Çanta modeli hələ rəsmi “Louis Vuitton” saytında yoxdur. Qiymətin bu dərəcədə fantastik olmasının səbəbi tərkibində qızıl və brilyant olması ilə bağlıdır. Çantanın tutacaqlarında və çiyin qayışında qalın qızıl əşyalar var, üzərinə isə həqiqi brilyantlar qoyulmuşdur.

 

“Millionaire Speedy” hələ “Louis Vuitton”un rəsmi saytında mövcud olmasa da, keçən həftə NBA ulduzu PJ Takerin "Instagram"da paylaşdığı skrinşot insanları həvəsləndirib. Paylaşımda nümayiş etdirilən fotoşəkildə qırmızı, yaşıl, mavi və qəhvəyi daxil olmaqla beş canlı rəng variantında satışa çıxarılan “Speedy” çanta göstərilir. İstifadəçilərin fikrincə, Uilyams belə bir çanta təqdim etməklə, hər kəsə reallıqdan nə qədər uzaq olduğunu göstərdi. Bir neçə nəfər hətta Virciniya əsilli dizayneri öz əslini unutmaqda günahlandırıb.

 

"Farrell Uilyams Virciniya ştatından olduğu şəhərdə o çantanı ala bilməyən insanları tanıyır", “Uilyams Virciniyadakı o şəhərdən çox uzaqdadır" Bəs bu eksklüzivlik nədir"?, “Varlı olsaydım belə, bir milyon dollara bu çantanı almazdım!" - qəzəbli istifadəçilər şərhlərdə yazıb.


OXŞAR XƏBƏRLƏR