"Azərişıq”ın iki əməkdaşını cərəyan vuraraq öldürüb

Bu gün Sumqayıtda "Azərişıq” ASC-nin iki əməkdaşını cərəyan vuraraq öldürüb.

 

APA xəbər verir ki, hadisə Ceyranbatan ərazisində baş verib.

 

1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyev və 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev transformatorda iş görən zaman yüksək gərginlikli enerji vuraraq öldürüb.

 

Fakt araşdırılır.


OXŞAR XƏBƏRLƏR