“Qarabağ” bu gün “Bayer”lə qarşılaşacaq

İdman
14:36 / 09.11.2023
6503
Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxacaq.
Sfera.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edəcək.
Bakıda keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
İtkisiz irəliləyən “Bayer” hazırda 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikincidir.
Avropa Liqası
H qrupu
9 noyabr, 21:45.
“Qarabağ” – “Bayer” Baş hakim: Kreyq Pouson (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.