İmişli rayonunda avtomobil velosipedlə toqquşub - Ölən var

İmişli rayonunda avtomobil velosipedlə toqquşub - Ölən var

İmişli rayonunda avtomobil və velosipedin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun rayonun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən “KİA” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində veslosipedçi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR