Bu ölkə İsrail-Fələstin müharibəsini dayandıra bilər - AÇIQLAMA 

Bu ölkə İsrail-Fələstin müharibəsini dayandıra bilər - AÇIQLAMA 

“Böyük dövlətlər Yaxın Şərqdə müharibənin dayandırlması məqsədilə səylərini davam etdirirlər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, ABŞ HƏMAS-ın girovluğunda olan insanların azad olunması üçün formul axtarır: “Vaşinqton girovların zərər görməməsi üçün İsrailin hücumlarına fasilə verməli olduğu qənaətindədir. İsrail hökuməti isə fərqli düşünür, baş nazir Benyamin Netanyahu müharibədə fasilənin HƏMAS-ın işinə yarıyacağını bildirib. Pekin müharibənin dayandırılması məqsədilə beynəlxalq konfransın çağırılması ideyasını irəli sürüb. Çin hesab edir ki, bu konfransda Fələstin məsələsi müzakirəyə çıxarılmalıdır”.

 

Ekspert bildirib ki, Benyamin Netanyahu Vaşinqtonun “müharibəyə fasilə verin” təklifi ilə razılaşmadığı kimi Pekinin beynəlxalq konfrans təklifini də qəbul etməyəcək:

 

“Ümumiyyətlə, İsrail hökuməti indiki vəziyyətdə Fələstinin dövlət kimi tanınması məsələsini müzakirə etmək istəmir. Çünki Tel-Əviv hesab edir ki, bu müzakirələrə razılaşsa, İsrail zəif dövlət kimi görünəcək. Buna baxmayaraq, İsrailin planlarına mane ola biləcək əsas dövlət ABŞ və Rusiya deyil, Çin ola bilər. Çünki Çin bu aydan başlayaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Təhlükəsizlik Şurasının yaxın aylarda əsas mövzusu isə Yaxın Şərqdəki müharibənin dayandırılmasıdır. Çin BMT Təhlükəsizlik Şurasının sədri kimi İsraili durdurmağa çalışacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR